Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
İQTİSADİYYAT
17:03
16.09.2024
Baxılıb: 1621
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb

Bu il Azərbaycandan Türkiyəyə qaz tədarükünün həcmi 9,8 milyard kubmetr olacaq ki, bu da 2024-cü il üçün planlaşdırılan 25 milyard kubmetr ixracın bir hissəsidir.

 

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin IV iclasında çıxışı zamanı deyib.

 

Nazir, enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında əlaqələrin strateji sütunu kimi dəyərləndirilərək bildirilib ki, Azərbaycan - Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir:

 

“2023-cü ilin və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub. Bu il 25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur”, - P. Şahbazov qeyd edib.

 

Nazir həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur.

 

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 23,8 milyard kubmetr qaz ixrac edib (2022-ci illə müqayisədə 5,3 % artım), Avropaya tədarük 11,8 milyard kubmetr təşkil edib (3,5 % artım).

Digər xəbərlər
SON XƏBƏRLƏR
Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb
18:40
Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
18:38
Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşüb
18:12
Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib
18:10
İsrail Livanda BMT-nin qərargahına zərbə endirib, iki sülhməramlı yaralanıb
18:08
Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi ilə bağlı 12 poliqon yeri seçilib
18:07
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq edib
18:05
Aytən Hacıyeva: “BP “yaşıl enerji” layihələri ilə regionda emissiyaları 11 % azaldacaq”
17:58
Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"
17:57
İrakli Kobaxidze: "Anakliya limanı Gürcüstanın Orta Dəhlizdə əlaqələndirici rolunu genişləndirəcək"
17:52
Nazirlik rəsmisi: "Sənayenin hərtərəfli inkişafa və şaxələndirməyə ehtiyacı var"
17:50
İran XİN başçısı: Tehran Vaşinqtonla üçüncü tərəf vasitəsilə diplomatik təmasdadır
17:48
Gürcüstan Azərbaycan startaplarına 10 illik vergi güzəştləri təqdim edə bilər
17:47
İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
17:46
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
17:44
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışı
17:43
“Müharibəyə yox! Agenturaya yox” - Tbilisi küçələrində hakim partiyanın yeni təbliğat plakatları yapışdırılıb
17:41
BFB: Bazarın inkişafının növbəti mərhələsi törəmə maliyyə alətlərinin inkişafı ilə bağlı olacaq
17:40
KİV: Sepahın Qüds qoşunları komandanı Nəsrullahın ölümü ilə bağlı sorğu-sual olunur
17:39
Fariz Cəfərov: "Azərbaycanda yeni bizneslərin yaradılmasına dəstək göstəriləcək"
17:38