“Uniper” Azərbaycandan qaz alışını artırmaq niyyətindədir
İQTİSADİYYAT
16:03
18.09.2024
Baxılıb: 1595
“Uniper” Azərbaycandan qaz alışını artırmaq niyyətindədir

Almaniyanın “Uniper” şirkəti Azərbaycandan əlavə həcmdə qaz almaqda maraqlıdır və indiki 1,5 milyard kubmetri iki dəfə artırmaq imkanına malikdir.

Bu barədə “Report”a “Uniper”in Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli bildirib.

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar davam edir, biz əlavə həcmdə qaz almaq istərdik, lakin müzakirə prosesi davam etdiyi üçün detalları açıqlaya bilmərəm. Bu həcmlərin nə qədər olacağı SOCAR-dan, yəni onun imkanlarından asılıdır, Azərbaycanın ixrac infrastrukturu və yataqlarının imkanları nəzərdə tutulur. Lakin yataqlarla bağlı heç bir problem görmürəm, əsas məsələ infrastruktur və onun genişləndirilməsi ilə bağlıdır. Bunun üçün SOCAR-ın xüsusilə Avropa İttifaqının dəstəyinə ehtiyacı var. Avropa maliyyə strukturları isə əsas diqqəti "yaşıl gündəliyə" yönəldib və karbon layihələrinin maliyyələşdirilməsini prestijli hesab etmir. Bununla belə, biz Azərbaycandan qaz alışının həcmini artırmaq niyyətindəyik və bu həcmlər olarsa, almağa hazırıq”, - o qeyd edib.

R.Hüseynli bildirib ki, Avropanın qaza tələbatı çox böyükdür.

“Hazırda biz 1,5 milyard kubmetr qaz [“Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində] alırıq və hazırkı həcmi iki dəfə artıra bilərik. “Uniper” Azərbaycanın və bütövlükdə, Xəzər regionunun qaz bazarında maraqlıdır”, - o əlavə edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Stressli arılar "stəkanın yarısına baxır"
00:48
Kristallar canlı hüceyrələr olmadan enerji istehsal edə bilir
00:45
Alimlər iki yaralı heyvanın bir-biri ilə birləşməsini görəndə şoka düşüblər
00:42
NASA araşdırması cavab verdi: Marsda həyatın sona çatmasına nə səbəb oldu?
00:36
Ən qədim yırtıcı quş növləri kəşf edildi: Onlar T-Rex ilə birlikdə yaşayıblar
00:32
64 yaşlı xəstənin ürək qapağı əməliyyatsız dəyişdirilib
00:24
Mövsümi dəyişikliklər psixi sağlamlığa necə təsir edir?
00:21
Mövsümi dəyişikliklər psixi sağlamlığa necə təsir edir?
00:17
Discordda nəzarətin olmaması qeyri-qanuni fəaliyyətlərə gətirib çıxarır
00:13
Bilirdən "kiber zorakılıq" xəbərdarlığı
00:09
Böyük ekranda süni intellekt: kinonun gələcəyi yenidən yazılırmı?
00:07
Yuxular arasında ünsiyyət reallığa çevrilib
00:00
Ailələrə internet asılılığı xəbərdarlığı: Yaş azaldıqca risk artır
00:00
Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb
18:40
Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
18:38
Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşüb
18:12
Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib
18:10
İsrail Livanda BMT-nin qərargahına zərbə endirib, iki sülhməramlı yaralanıb
18:08
Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi ilə bağlı 12 poliqon yeri seçilib
18:07
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq edib
18:05