EBRD Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaq
İQTİSADİYYAT
21:54
20.09.2024
Baxılıb: 2333
EBRD Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Biləsuvar rayonunda 445 MVt gücündə “Biləsuvar Solar SPV” günəş elektrik stansiyasının işlənib hazırlanması, tikintisi və istismarı üçün 100 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.

“Report” bankın məlumatına istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 380 milyon ABŞ dolları təşkil edir və onun reallaşdırılmasına bir sıra digər beynəlxalq maliyyə institutları da dəstək verəcək. Bankın Direktorlar Şurası kreditin təsdiq edilməsini oktyabrın 22-də planlaşdırır.

Layihə “Masdar”ın (BƏƏ) törəmə şirkəti – “Abu Dhabi Future Energy Company” tərəfindən həyata keçirilir. Yeni günəş stansiyası Azərbaycanda bərpa olunan enerjinin istehsal gücünü artıracaq və bu, qazla işləyən elektrik stansiyalarını əvəz etməyə və Paris Sazişinə uyğun olaraq karbon qazının azaldılması hədəflərinə nail olmağa kömək edəcək. CO2 emissiyalarında illik qənaətin 442 min tona çatması gözlənilir. Bu, ölkənin aşağı karbonlu iqtisadiyyata keçidində əsas rol oynayacaq və istilik enerjisindən asılılığı azaldacaq.

Ekoloji qiymətləndirmə layihənin su quşlarının biomüxtəlifliyi ərazilərinə ciddi təsir göstərməyəcəyini müəyyən edib. Əlavə olaraq, layihə ilə bağlı ekoloji riskləri minimuma endirmək üçün kumulyativ təsir qiymətləndirməsi aparılacaq.

“Günəş stansiyasını “Nəvahi” yarımstansiyasına birləşdirən 90 kilometrlik 330 kV-luq elektrik xətti iki əsas quş sahəsinin və mühüm miqrasiya dəhlizinin yaxınlığından keçir. Xəttin tikintisinə cavabdeh olan Azərbaycan hökuməti ekoloji cəhətdən həssas ərazilərdən yayınmaq və quşlar üçün riskləri minimuma endirmək üçün xəttin marşrutunu tənzimləmək də daxil olmaqla, Dünya Bankının Ekoloji və Sosial Standartlarına riayət etməli olacaq.

Layihə sahəsinə 1 454 hektar kənd təsərrüfatı sahəsi daxildir və bu torpaqlar layihənin həyata keçirilməsi üçün Energetika Nazirliyinə veriləcək. Bu, həm fiziki, həm də iqtisadi yerdəyişmə ilə nəticələnəcək. Ətraf mühitə və sosial sferaya təsirin qiymətləndirilməsi üzrə məsləhətləşmələr zamanı 69 nəfərin yaşadığı 12 ev təsərrüfatının təsirə məruz qalacağı müəyyən edilib.

Sosial-iqtisadi nəticələrin minimuma endirilməsi üçün elektrik xəttinin marşrutu korrektə ediləcək ki, bu da köçürülmənin qarşısını alacaq və əhalinin adi həyat tərzinin pozulmasını azaldacaq. Dünya Bankının standartlarına uyğun olaraq qalıq risklərin azaldılması üçün xüsusi plan hazırlanacaq”, - məlumatda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51