ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
İQTİSADİYYAT
09:30
01.10.2024
Baxılıb: 381
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır

Asiya İnkişaf Bankı (ADB) “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsal transformasiya layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 47 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

"Report" bankın məlumatına istinadən xəbər verir ki, kredit vəsaitləri Azərbaycana dəmir yolu sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmir yolu şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına kömək edəcək.

Layihə, həmçinin ADY-nin əsas proseslərinin, o cümlədən dəmir yolu nəqliyyatının idarə edilməsi, aktivlər, investisiya planlaşdırması və idarə edilməsi, eləcə də müştəri məlumatlarının emalı sisteminin və korporativ funksiyaların rəqəmsallaşdırılmasını dəstəkləməyə yönəlib.

“Modernləşdirilmiş və rəqəmsal dəmir yolu sistemi Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarını Qafqaz və Avropa ilə əlaqələndirməkdə Azərbaycanın əsas rolunu dəstəkləyəcək. Biz Azərbaycana ticarət və əlaqə mərkəzi kimi güclü potensialını maksimum dərəcədə artırmağa kömək edəcək bu təşəbbüsü dəstəkləməkdən məmnunuq”, - ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.

ADB hesab edir ki, rəqəmsallaşdırma əməliyyat səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın regional tranzit dəhlizlərindəki rolundan tam istifadə edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Bu, həmçinin optimallaşdırılmış məlumat idarəetməsi, aktivlərin idarə edilməsi və ümumi dəmir yolu əməliyyatları hesabına ADY-nin əməliyyat və maliyyə göstəricilərini yaxşılaşdıracaq.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildə ADB-ə qoşulandan sonra bank nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb. 1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
21:19
Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir
21:16
Ceyhun Bayramov Quterreşin müavini ilə Azərbaycanın COP29 Sədrliyinin prioritetlərini müzakirə edib
21:15
Kaxa Kaladze: Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur
21:12
“Milton” qasırğası Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər
21:11
Sorğu: Amerikalılar prezident seçkiləri öncəsi iqtisadiyyatı əsas mövzu hesab edir
19:54
Azərbaycanla Malayziya arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 60 faiz artıb
19:52
Bitcoini kim yaradıb?
19:39
Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
19:27
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
19:25
Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək
19:23
Rusiyalı ekspert: "İslam hüququ kriptovalyutaları qəbul etməlidir"
19:21
Türk Dövlətləri Fintex Alyansı yaradılıb
19:19
AMFA: "Mikromaliyyələşdirmədə etik standartlara riayət olunmalıdır"
19:15
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib
19:03
Pakistanlı ekspert: Qərb iqlim gündəliyindən problemləri həll etmək üçün deyil, təzyiq üçün istifadə edir
19:01
Lukaşenko: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün çox iş görülüb
19:00
AYNA avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim edib
18:57
Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır
18:54
Yeganə Hacıyeva: QHT sektoru COP29 çərçivəsində problemlərin həlli istiqamətində konsepsiya ortaya qoyur
18:53