Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ixtiraya patent alıb
İQTİSADİYYAT
16:05
01.10.2024
Baxılıb: 496
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ixtiraya patent alıb

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ixtiralarına görə patent alıblar.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, İnstitutun direktoru Vüqar Səlimov, aparıcı elmi işçilər Mövlud Hüseynov, Şamil Tahirov və böyük elmi işçi Arzu Əhmədovun təqdim etdiyi ixtiraya Əqli Mülkiyyət Agentliyi patent verib. Patent “Qırmızı kəmşirin desert şərabının istehsal üsulu” adlı ixtiraya görə alınıb. Üsul qırmızı kəmşirin desert şərabının istehsalına aiddir və şərabçılıq sənayesində istifadə oluna bilər.

Təklif olunan texnologiya indiyə qədər mövcud olan texnologiyalardan onunla fərqlənir ki, bu texnologiyanın tətbiqi əldə olunan şərabçılıq məhsulunun fiziki-kimyəvi tərkibinin zənginləşməsini və orqanoleptik xüsusiyyətlərinin mükəmməlləşməsini təmin edir.

Məqsəd yüksək keyfiyyətli, daha zəngin dada malik, mükəmməl iyli, həm fiziki-kimyəvi tərkibi, həm də orqanoleptik göstəriciləri ilə seçilən qırmızı kəmşirin desert şərabının istehsalına nail olmaqdır.

Digər xəbərlər