Azərbaycan ilə Hidrogen Şurasının əməkdaşlıq imkanları dəyərləndirilib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
Braziliyada #G20 tədbirləri çərçivəsində Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşümüz oldu. “Hidrogen Bəyannaməsi” təşəbbüsü, #hidrogen istehsalı-ixracı üzrə layihələrimizdən danışdıq və Şura ilə əməkdaşlıq imkanlarını dəyərləndirdik. pic.twitter.com/ZAg8bPkcIs
— Parviz Shahbazov (@ParvizShahbazov) October 5, 2024
Nazir bildirib ki, Braziliyada G20 tədbirləri çərçivəsində Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşü olub.
“Hidrogen Bəyannaməsi” təşəbbüsü, hidrogen istehsalı-ixracı üzrə layihələrimizdən danışdıq və Şura ilə əməkdaşlıq imkanlarını dəyərləndirdik”, deyə P. Şahbazov qeyd edib.