HBO kanalı hazırladığı sənədli filmdə bitkoinin ehtimal edilən yaradıcısının adını açıqlayıb.
"Money Electric: The Bitcoin Mystery" ("Elektrik pullar: Bitkoinin sirri") adlı filmin müəllifləri iddia edirlər ki, məşhur Satoşi Nakamoto təxəllüsünün arxasında Piter Todd adlı proqramçı dayanır.
Piter Todd bu iddiaları rədd etsə də, filmin müəllifləri onun Satoşi Nakamoto olduğunu düşünməyə əsas verdiklərini söyləyirlər. Onların iddiasına görə, Todd təsadüfən "BitcoinTalk" forumunda Satoşi Nakamotonun texniki müzakirələrinə şəxsi hesabı ilə davam edib.
Bundan sonra hər iki hesab müəyyən müddət ərzində eyni vaxtda aktiv olmayıb və daha sonra aktivləşiblər. Ayrıca Todd forumdakı müzakirələrdə qeyd olunan "replace by fee" funksiyasını tətbiq edib.
Film bu əlaqəni sübut etmək üçün həm Todd və Nakamotonun yazı tərzlərinin oxşarlığını da vurğulayır.
Bitkoinin yaradıcısının kimliyi ilə bağlı müzakirələr bir neçə ildir ki, davam edir. 2015-ci ildə "The New York Times" bu şəxs kimi Nik Sabo adlı başqa bir proqramçının adını çəkmişdi.
Həmçinin İlon Maskın bitkoinin yaradıcısı olduğuna dair şayiələr yayılsa da, bu iddiaları təkzib edərək öz fərziyyəsini irəli sürmüşdü. Onun fikrincə, Satoşi Nakamoto adı altında Nik Sabo dayanır, çünki 1998-ci ildə "bit gold" adlı mərkəzləşdirilməmiş rəqəmsal valyuta alqoritmi məhz Sabo tərəfindən yaradılmışdı.