Azərbaycanla Malayziya arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 60 faiz artıb
İQTİSADİYYAT
19:52
09.10.2024
Baxılıb: 1551
Azərbaycanla Malayziya arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 60 faiz artıb

2024-cü ilin ilk səkkiz ayı ərzində Malayziya ilə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb.

"Report" xəbər verir ki, bunu Malayziyanın Milli Günü münasibətilə keçirilən qəbulda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir vurğulayıb ki, Azərbaycanla Malayziya arasında siyasi, diplomatik əlaqələr çox yüksək səviyyədədir:

"Əlaqələrimizin investisiya, ticarət və humanitar sahələrdə genişləndirilməsinin vacib olduğunu hesab edirik. Azərbaycan Malayziya ilə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. İki ölkə arasındakı güclü siyasi əlaqələr iqtisadi sahədə əməkdaşlığın inkişafına imkan yaradır".

S.Babayev qeyd edib ki, Malayziyadan Azərbaycana gələn turistlərin sayı ilbəil artır.

"Azərbaycan COP29-a yüksək səviyyədə hazırlaşır. Malayziyadan da geniş nümayəndə heyətinin gəlməsi gözlənilir. Bu da əməkdaşlığın inkişafına yeni fürsətlər yaradır",- nazir əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51