İrakli Kobaxidze: "Anakliya limanı Gürcüstanın Orta Dəhlizdə əlaqələndirici rolunu genişləndirəcək"
İQTİSADİYYAT
17:52
10.10.2024
Baxılıb: 2270
İrakli Kobaxidze:

Gürcüstanın Anakliya şəhərində ilk dərin özüllü dəniz limanının tikintisi layihəsinin həyata keçirilməsi ölkənin Orta Dəhlizdə əlaqələndirici rolunu genişləndirəcək.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, layihə ölkə üçün strateji əhəmiyyət kəsb edir və limanın tikintisi Gürcüstanın liman infrastrukturunun inkişafında, eləcə də Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayacaq.

“Birinci mərhələdə layihəyə 600 milyon ABŞ dolları investisiya qoyulacaq. Bu mərhələ başa çatdıqdan sonra, yəni 2029-cu ilə qədər ilk gəmilər qəbul ediləcək”, - Baş nazir bildirib.

Layihənin birinci fazası həyata keçirildikdən sonra liman ildə 600 min konteyner qəbul edə biləcək.

Bu layihə Çin-Sinqapur konsorsiumu olan “China Communications Construction Company Limited & China Harbour Investment Pte. Ltd.” ilə birgə həyata keçiriləcək. Layihədə ölkənin maraqları tam nəzərə alınıb.

“Dövlətin bu layihədə 51 % nəzarət paketinə sahib olduğunu nəzərə alsaq, bizim öz strateji marağımız var. Buna uyğun olaraq, ölkəmizin maraqları maksimum dərəcədə təmin edilib”, - İ.Kobaxidze qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13