Almasadam Satkaliyev: "Qazaxıstan BTC ilə neft tranzitini 13 dəfə artırmaq imkanını nəzərdən keçirir"
İQTİSADİYYAT
14:10
25.11.2024
Baxılıb: 247
Almasadam Satkaliyev:

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinin illik həcmini 1,5 milyon tondan 20 milyon tona çatdırmaq imkanlarını öyrənir.

Bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

"Bu il BTC vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir", - A.Satkaliyev parlamentdə hökumət saatında deyib.

Beləliklə, BTC vasitəsilə tədarükün həcmi 13 dəfədən çox arta bilər.

Nazir bildirib ki, Qazaxıstan neftinin BTC vasitəsilə nəqlinin həcminin artırılmasında həm bizim, həm də azərbaycanlı tərəfdaşlarımız tərəfindən maraq var.

Qeyd edək ki, Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirmək üçün ötən ildən BTC ilə tədarüklərə başlayıb.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı-Tbilisi-Ceyhan marşrutu ilə illik həcmi 1,5 milyon ton olan neftin tranzitini nəzərdə tutan illik müqavilə bağlanılıb. İxrac 2023-cü ilin aprelində başlayıb.

SON XƏBƏRLƏR
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb
19:56
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni video yayımlayıb
18:03
"Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq".
17:56
Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi beş il azadlıqdan məhrum edilib
17:38
"Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır"
17:28
Dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması məqbuldur
17:24
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
17:19
Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək
17:16
Cavaşir Paşazadə: "Cənub bölgəsində yeni, böyük bir su anbarı tikilməlidir"
17:13
"Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
17:08
Tahir Mirkişili: "Gələn il üçün neftin büdcə qiyməti reallığa çox yaxındır"
17:07
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə görüşüb
17:04
Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
14:41
Azər Əmiraslanov: "Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək"
14:37
Qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq
14:20
İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib
14:18
KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
14:15
Almasadam Satkaliyev: "Qazaxıstan BTC ilə neft tranzitini 13 dəfə artırmaq imkanını nəzərdən keçirir"
14:10
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib
14:06
Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib
14:03