Dünya Bankı Azərbaycanda 2024-cü il üçün inflyasiya proqnozunu artırıb
İQTİSADİYYAT
18:53
17.10.2024
Baxılıb: 44
Dünya Bankı Azərbaycanda 2024-cü il üçün inflyasiya proqnozunu artırıb

Dünya Bankı Azərbaycanda 2024-cü il üçün illik inflyasiya proqnozuna yenidən baxaraq aprel ayına olan %-dən 4,2 %-ə yüksəldib.

"Report" bu barədə DB-nin hesabatına istinadən xəbər verir.

Yenilənmiş hesabata əsasən, 2025-ci il üçün proqnoz 3,5 %-dən 3,4 %-ə, 2026-cı il üçün isə %-dən %-ə endirilib.

Hesabatda qeyd olunub ki, iyun ayında yanacağın bahalaşması ilə əlaqədar ilin ikinci yarısında müəyyən sürətlənməyə baxmayaraq, bu il inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf göstəricisi həddində qalacaq. Ortamüddətli perspektivdə güclü xarici təzyiqlərin olmayacağı şəraitdə daxili tələbin yavaşlaması fonunda orta illik inflyasiya təxminən 3,2 % (əvvəlki gözlənti 2,2 % olub) səviyyəsində proqnozlaşdırılır.

Dünya Bankı həmçinin əlavə qeyri-müəyyənlik yaradan və xammal qiymətlərinin artmasına təsir edə bilən geosiyasi gərginliyin davam etdiyini bildirir.

2023-cü ildə illik inflyasiya AMB-nin hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşaraq 2,1 % təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Eyni zamanda, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4 %, qeyri-qida mallarının qiymətləri 1,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3 % artıb.

AMB iyul ayında verdiyi açıqlamada baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 %, 2025-ci ildə isə 5,5 % olacağını proqnozlaşdırdığını bildirib. Proqnozlara yenidən baxılması manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Mərkəzi Bank tənzimlənən qiymətlərdə artımın inflyasiyaya təsirini 1,5 faiz bəndi səviyyəsində qiymətləndirir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir
00:00
TÜBİTAK sənayedə yaşıl transformasiya üçün 74 layihəyə dəstək verəcək
00:00
Nigeriyada yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 153-ə çatıb
22:48
Almaniya kansleri Türkiyədə Ərdoğanla görüşəcək
22:46
Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği açıqlanıb
22:45
ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib
22:44
Polşa 2025-ci ildə müdafiəyə rekord məbləğdə vəsait xərcləyəcək
22:43
Biləsuvarda Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı görüş keçirilib
22:42
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
22:40
Müharibənin başlaması ehtimalı yüksəkdir
22:37
Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb, daha bir nəfər xəsarət alıb
22:36
Britaniya, Kanada, Ukrayna və İsveç İrana qarşı iddia qaldırıb
22:35
Somalidə Polis Akademiyasının ərazisində partlayış olub, ölənlər var
19:21
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
19:19
Azərbaycanda 9 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb
19:07
Milli Məclisin komitə sədri Moldovada seçkiləri müşahidə edəcək
19:05
KİV: HƏMAS lideri Qəzza zolağında öldürülüb
19:04
Ceyhun Bayramov “3+3” formatında görüşdə iştirak üçün Türkiyəyə gedib
19:03
Niderland Ukraynaya 271 milyon avro ayıracaq
19:02