Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarları iştirakçıları ilə bağlı ilkin məlumatların “Qiymətli kağızların dövlət reyestri sistemi”nə miqrasiyasını yekunlaşdırıb.
Məlumata görə, digər məlumatların da mərhələli şəkildə miqrasiyası nəzərdə tutulub.
“Qiymətli kağızların dövlət reyestri sistemi” "Maliyyə bazarlarına nəzarət üzrə vahid nəzarət və monitorinq sisteminin yaradılması layihəsi" çərçivəsində yaradılıb və test rejimində yoxlanılaraq real istismara verilib.