Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib
REGİONAL MƏTBUAT
13:13
28.11.2024
Baxılıb: 174
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Meksika Prezidenti Klaudiya Şeynbaumun ona ölkəsi ilə sərhəddən Birləşmiş Ştatlara daxil olan qanunsuz miqrantların axınına təsir göstərəcəyinə söz verdiyini bildirib.

Bu barədə amerikalı siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndicə Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumla əla telefon söhbətim oldu. O, Meksikadan ABŞ-yə miqrasiyanı dayandırmağa, faktiki olaraq cənub sərhədimizi bağlamağa razılaşdı. Biz həmçinin narkotik qaçaqmalçılığını və ABŞ-də bu narkotiklərin istifadəsini dayandırmaq üçün nə edilə biləcəyini müzakirə etdik. Bu çox məhsuldar söhbət oldu”, – o qeyd edib.

Tramp əlavə edib ki, Meksika “insanların ABŞ-nin cənub sərhədinə keçməsini dayandıracaq”. Respublikaçının sözlərinə görə, bu tədbir “dərhal qüvvəyə minir”.

Xatırladaq ki, daha əvvəl amerikalı siyasətçi qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan gələn bütün mallara 25 % rüsum tətbiq edəcəyini açıqlamışdı. Meksika iqtidarı cavabında eyni addımla cavab verəcəklərini və ticarət müharibəsinin fəsadlarının ABŞ iqtisadiyyatı üçün də mənfi olacağını bəyan etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51