İpoteka və Kredit Zəmanət Fondu iqtisadçı-ekspertlərlə görüş keçirib
İQTİSADİYYAT
16:40
31.10.2024
Baxılıb: 748
İpoteka və Kredit Zəmanət Fondu iqtisadçı-ekspertlərlə görüş keçirib

Bu gün İpoteka və Kredit Zəmanət Fondu Bakı KOB Evində iqtisadçı-ekspertlərlə görüş keçirib.

 Fond xəbər verir ki, sahibkarlığa dəstək alətlərinə həsr olunmuş tədbirdə qurumun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov təqdimatla çıxış edib.

O, bildirib ki, Prezident İlham Əliyevin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb. İndiyə qədər müvəkkil banklar Fondun zəmanəti ilə sahibkarlara 511 milyon manata yaxın kredit verib ki, bunun da 80 milyon manata yaxını bu ilin yanvar-oktyabr aylarının payına düşüb.

Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, ölkə Prezidentinin 24 avqust 2022-ci il tarixli fərmanı ilə Fondun sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Cari ildən etibarən daha iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkan verəcək.

Görüşdə ekspertlərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Sonda tədbir iştirakçıları Fondun Bakı KOB Evində fəaliyyət göstərən xidmət pəncərəsinin fəaliyyəti ilə və Bakı KOB evində sahibkarlara təqdim olunan xidmətlərlə tanış olublar.

SON XƏBƏRLƏR
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb
19:56
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni video yayımlayıb
18:03
"Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq".
17:56
Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi beş il azadlıqdan məhrum edilib
17:38
"Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır"
17:28
Dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması məqbuldur
17:24
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
17:19
Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək
17:16
Cavaşir Paşazadə: "Cənub bölgəsində yeni, böyük bir su anbarı tikilməlidir"
17:13
"Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
17:08
Tahir Mirkişili: "Gələn il üçün neftin büdcə qiyməti reallığa çox yaxındır"
17:07
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə görüşüb
17:04
Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
14:41
Azər Əmiraslanov: "Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək"
14:37
Qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq
14:20
İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib
14:18
KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
14:15
Almasadam Satkaliyev: "Qazaxıstan BTC ilə neft tranzitini 13 dəfə artırmaq imkanını nəzərdən keçirir"
14:10
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib
14:06
Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib
14:03