KXDR-dən olan hərbçi ölkənin şərqində ölkələrarası sərhədi keçərək Cənubi Koreya Respublikasına keçib.
"Report"un məlumatına görə, bu barədə Cənubi Koreya hərbçiləri arasında olan mənbələrə istinadən "Yonhap" agentliyi xəbər yayıb.
İnsident avqustun 20-də yerli vaxtla səhər saatlarında Qanvondo əyalətinin Koson kəndində baş verib: "Şimali Koreyanın hərbçisi bu gün səhər tezdən hərbi demarkasiya xəttini keçib və qalmaq istəyini bildirib. Hərbçilərimiz onun demarkasiya xəttini keçdiyi vaxtdan hərəkətlərini izləyir”, - agentliyin mənbəyi bildirib.
Məlumata görə, o, çavuşdur.