“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” adlı monoqrafiya işıq üzü görüb
HƏRBİ XƏBƏRLƏR
12:41
26.08.2024
Baxılıb: 1068
“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” adlı monoqrafiya işıq üzü görüb

“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” adlı monoqrafiya işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, geniş oxucu üçün nəzərdə tutulan 880 səhifəlik elmi əsər Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Monoqrafiyanın müəllifləri Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev, Heydər Əliyev Mərkəzinin Tədbirlərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyovadır.

Kitabda qədim dövrdən XX əsrin əvvəllərinə qədər Azərbaycan ərazisində baş vermiş əsas hərbi-siyasi hadisələr və müharibələr təhlil edilib, həmçinin hərbi-tarixi təfəkkürün yaranması və təkamülü kompleks şəkildə öyrənilib. Həmçinin Azərbaycanda hərb işinin yaranması və inkişafı məsələləri işıqlandırılıb.

Geniş mənbə və ədəbiyyat əsasında hazırlanan monoqrafiyada Azərbaycanda hərb işinin yaranma tarixi və hərb sənətinin inkişaf xüsusiyyətləri, hərbi sistem və döyüş əməliyyatları taktikası, istehkam və müdafiə qurğularının əhəmiyyəti, müxtəlif növ silahların istehsalı, onların hərbi əməliyyatlarda istifadə üsulları və döyüş taktikasına təsiri məsələləri əsərdə mühüm yer tutub.

Müəlliflər tərəfindən təqdim edilən bu monoqrafiyada xronoloji ardıcıllıqla dövrün hərbi-siyasi tarixi əks olunub. Kitaba çoxlu sayda tarixi xarakterli illüstrativ materiallar – dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, hərbi təşkilatların yürüş və döyüş düzülüşləri sxemləri, tarixi silahların fotoşəkilləri, batal miniatürləri, o cümlədən torevtika və daşişləmə sənəti nümunələri daxil edilib.

Beləliklə, ən qədim dövrlərdən XX əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın mövzu və məqsədlərini şərtləndirib. Kitab Azərbaycan ali, humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları, geniş oxucu auditoriyasi üçün nəzərdə tutulub, o cumlədən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində istifadə oluna bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01