“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) baş komandanı Hüseyn Salami Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində Sepahın Hərbi Hava Qüvvələrinin beşinci bazasının açılışı mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, sərhədlərin təhlükəsizliyi təmin olunmalıdır: “Təhlükəsizlik təmin olunmazsa, İslam cəmiyyətinin çiçəklənməsi və tərəqqisi mümkün olmayacaq”.
Bildirilib ki, tədbirdə bir sıra hərbi və mülkü rəsmi şəxslər iştirak ediblər.