IfW: Bundesver müharibəyə hazır deyil
HƏRBİ XƏBƏRLƏR
12:30
12.09.2024
Baxılıb: 2015
IfW: Bundesver müharibəyə hazır deyil

 

 

Almaniyanın ola biləcək müharibəyə hazır olması üçün uzun illər lazım olduğunu bildirən araşdırmada müdafiə xərclərinin kifayət qədər olmadığı və Rusiyanın hərbi gücünün sürətlə artdığı vurğulanıb.

IfW: Bundesver müharibəyə hazır deyil
Almaniyada aparılan araşdırmaya görə, ölkə mümkün müharibəyə yalnız uzun illərdən sonra hazır olacaq. Kiel Dünya İqtisadiyyatı İnstitutunun (İfW) hazırladığı “Avropa və Almaniyanın Rusiyaya qarşı yavaş silahlanması” başlıqlı hesabatda Alman ordusu Bundesverin döyüş hazırlıqlarının çox ləng getdiyi bildirilib.

Hesabatda Almaniyanın Rusiya təhlükəsinə qarşı silahlanmada xeyli geridə qaldığı və iki ölkənin hərbi potensialı arasında uçurumun getdikcə artdığı vurğulanıb. Koalisiya hökumətinin müdafiə xərclərinin yetərli olmadığı və satınalma nisbətinin çox aşağı olduğu bildirilib. Qeyd olunub ki, bu şərtlər altında Almaniyanın 20 il əvvəlki hərbi ehtiyat səviyyəsinə çatması üçün təxminən 100 il lazım olacaq.

Mövcud təchizat nisbətinə görə, Alman ordusunun 2004-cü ildə döyüş təyyarəsi ehtiyatlarına çatması üçün 15 il, tank ehtiyatları üçün 40 il və artilleriya haubitsa ehtiyatları üçün təxminən 100 il lazım olacağı təxmin edilir. Digər tərəfdən, Rusiyanın hərbi istehsal gücünü böyük ölçüdə artırdığı və Almaniyanın hazırkı ehtiyatını 6 aydan bir az çox müddətə istehsal edə bildiyi bildirilir. Rusiya uzun mənzilli hava hücumundan müdafiə sistemlərinin, tankların və pilotsuz uçuş aparatlarının istehsalını xeyli artıraraq, döyüş sistemlərində irəliləyiş əldə edib. O, həmçinin müdafiəsi çətin olan səsdən sürətli raketlərlə NATO-nun təhlükəsizliyinə ciddi təhlükə yaradır.

Araşdırma qrupunun rəhbəri Quntram Volf bəyan edib ki, Rusiya NATO üçün artan təhlükədir və Almaniya müdafiə sahəsində lazımi silahlanmanı çox yavaş həyata keçirir. Avropanın təcili olaraq müdafiə xərclərini artırmalı olduğunu vurğulayan Volf, Rusiyanın təcavüzü qarşısında fəaliyyətsiz qalmağın səhlənkarlıq olacağını bildirib.

Kiel Dünya İqtisadiyyatı İnstitutunun prezidenti Moritz Şularik də hökumətin müdafiə siyasətinin boş sözlər olduğunu ifadə edərək, Almaniyanın ildə ən az 100 milyard avro müdafiə büdcəsi olması lazım olduğunu vurğulayıb.

Almaniyanın Ukraynaya silah göndərməsi nəticəsində onun ehtiyatlarında ciddi azalma müşahidə olunur.

Kiel Dünya İqtisadiyyatı İnstitutunun dərc etdiyi yeni hesabata görə, Almaniyanın tanklarının sayı 2400-dən 339-a enib.

Almaniyada cəmi 12 hava hücumundan müdafiə sistemi qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51