Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb
HƏRBİ XƏBƏRLƏR
00:00
25.09.2024
Baxılıb: 103
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb

Sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Geniş tərkibdə keçirilən görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu, Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcı və digər vəzifəli şəxslər iştirak edib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı bildirilib. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional təhlükəsizlik və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonra general-polkovnik Z.Həsənov Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Türkiyənin bir neçə aparıcı hərbi sənaye şirkət rəhbərinin də iştirak etdiyi görüşdə birgə hərbi-texniki layihələrin hər iki qardaş ölkənin müdafiə qüdrətini daha da artıracağına əminlik ifadə olunub, əməkdaşlığın yeni perspektivləri müzakirə edilib.

Keçirilən görüşlərdə, həmçinin texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub. "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi yüksək qiymətləndirilib.

Hər iki görüşün sonunda hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Ukraynada Rusiya Federasiyasına hücum edən Ali Məhkəmənin hakimi həyatını itirib
13:01
Çin bütün ölkələri hegemonluq və güc siyasətinə qarşı çıxmağa çağırıb
12:35
XİN başçısı BMT-də Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemini gündəmə gətirib
12:32
Rus astronavtı ilə SpaceX raketi BKS-ə göndərildi
12:07
Azərbaycan, Çexiya və İsrail ZSU-23-4 "Şilka" nı modernləşdirib
11:50
İsrail İran təyyarəsinin Beyruta enməsinə mane olub
11:46
İranda helikopter qəzası: Ölənlər var
11:44
KXDR-in Xarici İşlər Nazirliyi: ABŞ Avropanı nüvə fəlakətinə sürükləyir
11:42
KİV: "Bayden vədini yerinə yetirmədi"
11:40
Külli miqdarda pul mənimsədiyinə görə saxlanılan Hüseyn "Zevs" ləqəbli tiktokerin qardaşıdır
11:39
Ərəb İslam Şurası rəhbərindən "Hizbullah" liderinin qətli ilə bağlı sensasiyalı AÇIQLAMA
11:35
XİN başçısı BMT-nin Baş katibi ilə Bakı ilə İrəvan arasındakı sülh sazişi üzrə danışıqları müzakirə edib
11:27
Kiyev Berni ÇXR-in "sülh təşəbbüsünü" dəstəklədiyinə görə tənqid edir
11:18
ABŞ-da Helen qasırğası 60-dan çox insanın həyatına son qoyub
11:12
Azərsilah” strateji Anlaşma Memorandumu imzalayıb
22:07
Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahı Seyid Haşim Səfiuddinin əvəz edəcəyi gözlənilir
21:15
Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi
20:42
“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb
20:41
İran "Hizbullah" lideri üçün beş günlük matəm elan edib
20:30
Xameneyi cihad kökmü verdi
20:28