ABŞ Ukraynanı əlavə “Patriot” hava hücumundan müdafiə (HHM) batareyası və raketlərlə təmin edəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Qeyd olunub ki, bu barədə ABŞ Prezidenti Co Bayden göstəriş verib.
Ukrayna, həmçinin F-16 qırıcıları tərəfindən istifadə edilə bilən JSOW döyüş sursatı alacaq.