Düşmən obyektinə qəfil basqın
HƏRBİ XƏBƏRLƏR
15:53
28.09.2024
Baxılıb: 122
Düşmən obyektinə qəfil basqın

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, plana əsasən, icra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib.

Xüsusi təyinatlılar məhdudgörmə şəraitində şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın və müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Vaxt normativinə uyğun təyin olunan yüksəklik xüsusi təyinatlılar tərəfindən ələ keçirilib, dairəvi mühafizə və müdafiənin təşkili ilə növbəti hakim yüksəkliyin tutulması üçün mobil qruplar fəaliyyətini davam etdirib.

Təlim zamanı təminat-təxliyə qrupları tərəfindən yaralıların təxliyəsi və sursat təminatının çatdırılması da praktiki məşq etdirilib.

Azərbaycan Ordusunun son dövrlərdə apardığı uğurlu döyüş əməliyyatlarında qazanılan təcrübənin tətbiq edildiyi taktiki-xüsusi təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirilərək qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Almaniya prezidenti İtaliyada SS cinayətlərinə görə üzr istəyib
20:49
Essendə yaşayış binalarının yandırılması: 31 yaralı var
20:46
Exit-poll: Avstriyada sağ populistlər seçkilərdə qalib gəliblər
20:36
İsrail Hudeydə limanını bombalayıb
20:33
Qəzzada ölənlərin sayı 41,6 min nəfərə çatıb
20:31
ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 65-ə çatıb
20:26
Yaponiyanın yeni Baş naziri oktyabrda parlamenti buraxacaq
20:24
“The European Conservative”: Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır
20:23
İsrail hərbçiləri Qəzzada bir kilometr uzunluğunda tuneli məhv edib
20:21
Son 10 ildə ilk dəfə olaraq Biləsuvarda suvarmada problem yaranmayıb
20:20
Le Parisien: İran casusu Nəsrullahın yeri barədə İsraili məlumatlandırıb
20:18
Afrikada meymunçiçəyi epidemiyası sürətlə yayılır
20:17
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
20:16
Prezident: Ermənistan kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir
20:14
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
20:13
Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
20:12
Azərbaycan-Özbəkistan kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
20:08
"Hizbullah"ın hərbi-ideoloji rəhbərliyində vacib şəxslərdən biri öldürülüb
20:06
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
20:01
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib
20:00