Texnologiyanın inkişafı həm də siyasi və hərbi müstəqillik üçün mühüm şərtdir.
Bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır yerli sahibkarların mükafatlandırılması tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə bu gerçəkliyi tam ciddiliyi ilə dərk edir: “Türkiyənin müdafiə sənayesi sahəsindəki məhsulları bu gün geosiyasi proseslərə istiqamət verir”.