ABŞ Müdafiə Nazirliyi Avstraliya, Braziliya, Yunanıstan, İsveç və Taylanda gələcək tədarük üçün “UH-60M Black Hawk” helikopterlərinin istehsalı üçün 1,2 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.
Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Müqavilə “Lockheed Martin”in törəmə şirkəti və bu helikopter modelinin istehsalçısı “Sikorsky Aircraft” ilə bağlanıb. Helikopterlərin qarşıdakı üç il ərzində sifarişçilərə çatdırılacağı təxmin edilir.