2018-ci il inqilabından sonra 3 il baş nazir Nikol Paşinyanın müşaviri işləyən, 2021-ci ildən Paşinyanın əmri ilə müdafiə naziri təyin edilən Arşak Karapetyan keçmiş rəisi Paşinyanı vətənə xəyanətdə ittiham edir.
Təxminən 3 aya yaxın müdafiə naziri vəzifəsini tutan və Paşinyan tərəfindən vəzifədən azad edilən Arşak Karapetyan 2 ildən sonra vəzifədən azad edilməsinin səbəbləri ilə bağlı bəzi mətləbləri açıb. Karapetyan iddia edib ki, baş nazirin onu vəzifəsindən azad etməsinə səbəb, onun Azərbaycan ordusunun irəliləməsinə imkan verməməsi olub.