2022-ci ilin yanvar ayından ingilis dilində işıq üzü görən, Əfqanıstandakı "İslam Dövləti"nə məxsus “Xorasanın səsi” adlı jurnalda, Çinin uyğur müsəlmanlarına qarşı rəftarına görə cəzalandırılacağı bildirilib.
Jurnalda qeyd olunur ki, "İslam Dövləti" üzvləri müharibə alovunu Çinin qapılarına çatdırmaqla Çin hakimiyyətindən qisas almağa qərarlıdır.