Bugün Ermənistanın baş naziri Nikol Paşinyan ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.
Danışıq zamanı Paşinyan MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcəyini diqqətə çatdırıb.
Qırğızıstan prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon danışığı Ermənistan tərəfindən təklif edilib.
Bundan əvvəl isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcəyini bildirmişdi.