İsrailin baş naziri Benyamin Netanyahu ordunun HƏMAS hücumlarına cavab əməliyyatının “yalnız başlanğıc” olduğunu deyib.
O həmçinin bildirib ki, düşmənlərimizin törətdiyi vəhşilikləri heç vaxt unutmayacağıq və bağışlamayacağıq. Onilliklər ərzində yəhudi xalqına qarşı belə bir şey edilməyib. Biz düşmənlərə misli görünməmiş güclə cavab verəcəyik. İcazə verin, vurğulayım. Bu hələ başlanğıcdır.