HƏMAS-ın 7 oktyabrda girov götürdüyü və dünən azad etdiyi iki girovdan biri Yocheved Lifshitz xəstəxanada jurnalistlərin bəzi suallarını cavablayıb.
Yaşlı qadın bildirib ki, onunla birgə həyat yoldaşı və tanışları olan digər bir cütlük də girov götürülüb. Yaşlı qadın girov götürüldükləri anı cəhənnəm kimi təsvir etsə də, Qəzzada onlarla yaxşı davranıldığını bildirib.
Onun həyat yoldaşı hələ də, girovluqda qalmaqda davam edir.