İsrailin BMT-dəki səfiri bildirib ki, İsrail BMT rəsmilərinə viza verməkdən imtina edəcək.
Buna səbəb, BMT-də çıxışı zamanı BMT-nin baş katibi Antonio Quterreş İsraili Qəzza zolağının şimalından cənuba mülki əhalinin təxliyyəsi əmrinə görə tənqid edib. O, həmçinin bildirib ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu elə belə baş verməyib. Quttereş bildirib ki, fələstinlilər 56 ildir işğala məruz qoyulub.