İsrail Türkiyədən diplomatik nümayəndələrini geri çağırıb. Bu barədə İsrailin xarici işlər naziri Eli Koen öz Tvitter səhifəsində məlumat yayıb.
Nazir bildirib ki, ötən gün Türkiyə prezidentinin mitinq zamanı verdiyi bəyanatlar fonunda, İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizin oradan çıxarılmasına qərar vermişəm.