Fransa vətəndaşı Luis Arnold bu ilin sentyabr ayında İranda həbs edilib. Fransa, vətəndaşının qanunsuz həbsinə etiraz edib. Bankda çalışan Arnold sentyabr ayında gəzmək məqsədilə İrana gedib, lakin bir müddət sonra həbs edilib və Tehranın Evin həbsxanasında saxlanılır.
Məhkəmə Arnoldu İslam Respublikasına qarşı təbliğat aparmaq və onun təhlükəsizliyinə zərər vurmağa cəhd etmək maddələri ilə ittiham edərək 5 il müddətinə həbs edib.