Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirləri noyabrın 14-də keçiriləcək sessiyası zamanı Ukraynaya dəstək məsələsini müzakirə edəcəklər.
Görüşün gündəliyə həmçinin, Sürətli Yerləşdirmə Qabiliyyəti Mexanizmi və Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti ilə bağlı müzakirələr də daxildir. Sessiyadan əvvəl NATO-nun baş katibi Yens Stoltenberqin və Avropa Müdafiə Agentliyi Şurasının rəsmilərinin iştirakı ilə qeyri-rəsmi səhər yeməyi də nəzərdə tutulub.