Noyabrın 8-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer yəhudi və müsəlman liderləri ilə birgə Qəzzada yaranmış vəziyyətin alman cəmiyyətinə təsirini müzakirə edib. O həm yəhudi həm də müsəlman icmasının nümayəndələrinə bildirib ki, Almaniya dövləti hər iki icmanın təhlükəsizliyi üçün əlindən gələni edəcək.
Qeyd etmək lazımdır ki, son bir ay ərzində Almaniyada həm anti-yəhudi həm də anti-islam meyilləri artıb.