Rusiya prezidenti Vladimir Putin qlobal iqtisadiyyat, maliyyə, iqlim gündəmi, rəqəmsallaşma və digər mövzuların müzakirə ediləcəyi G20-nin virtual sammitində iştirak edəcək.
Virtual sammit keçirmək təşəbbüsü, Hindistanın Baş naziri Narendra Modi tərəfindən bu ilin sentyabrın 9-10-da Yeni Dehlidə keçirilən G20 sammiti zamanı təklif edilib.
Qeyd etmək lazımdır ki, Rusiya prezidenti Dehlidə keçirilən tədbirdə iştirak etməkdən imtian etmişdi.