Finlandiya tənzimlənməyən miqrant axınının qarşısını almaq üçün noyabrın 24-dən etibarən Rusiya ilə demək olar ki, bütün sərhəd keçidlərini bağlamağa hazırlaşır. Baş nazir Peter Orpon bəyan edib ki, təkcə Murmanskdan təxminən 240 kilometr aralıda yerləşən "Raja-Josep" və ya "Lotta" keçid məntəqəsi dekabrın 23-dək açıq qalacaq.
Finlandiya xarici işlər naziri Elina Valtonen Rusiyanı Finlandiyaya qarşı “hibrid müharibə”nin bir hissəsi kimi miqrantlardan istifadə etməkdə ittiham edib. Finlandiya iddia edir ki, Rusiya özü qəsdlə bu miqrantları ora yığır ki, Avropada süni miqrant böhranı yaratsın. Kreml isə bu iddiaları təkzib edir.