Bu həftə Filippin və ABŞ qüvvələrinin Cənubi Çin dənizində birgə patrul keçirməsi Çinin narazılığına səbəb olub. Buna görə də, Çin Filippini Cənubi Çin dənizinə xarici qüvvələr" cəlb edərək və problemi qızışdırmaqda ittiham edib.
Çin ordusu bəyanat yayaraq bildirib ki, Çin ordusu yüksək sayıqlıq nümayiş etdirəcək, Çinin suverenliyi və dəniz hüquq və maraqlarını qətiyyətlə müdafiə edərək Cənubi Çin dənizində sülh və sabitliyi qətiyyətlə qoruyacaq.