İran Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Oman Hərbi Dəniz Qüvvələri ilə birgə dəniz təlimi keçirib. Təlimin döyüş hazırlığını artırmaq və dəniz təhlükəsizliyi ilə bağlı razılaşmaların icrasını təmin etmək məqsədi daşıdığı bildirilir.
İranın “Dena” və “Səhənd” esminesləri İranın daxili istehsalı olduğu deyilir. Təlimlərə yerüstü döyüş bölmələrini dəstəkləyən hərbi helikopterlər və hərbi və yük gəmilərinin hərəkətini izləyən İran pilotsuz uçan aparatları da daxil edilib.