Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabah ABŞ-a işgüzar səfərə gedəcək.
Qriqoryanın Vaşinqtonda Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin inkişaf gündəliyini müzakirə edəcəyi bildirilir. Səfərin başqa təfərrüatları barədə məlumat verilmir.
Qeyd etmək lazımdır ki, dünən Skopyedə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.