Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq bölgəsindəki dəniz donanmalarına dair hesabatında iqtisadi təhlillər göstərib ki, İran 942 gəmi ilə 2022-ci ildə regionun ən böyük dəniz ticarət gücüdür. Hesabata görə, İranın 2022-ci ildə 32 yük daşıyıcısı, 31 konteyner gəmisi, 83 neft tankeri, 393 ümumi yük gəmisi və 403 digər növ gəmisi var.
İran 2022-ci ildə Yaxın Şərqdəki 12 ölkə arasında ən çox ticarət gəmisinə sahib ölkədir. Ümumilikdə regionda olan bütün gəmilərin 30%-ə yaxını İrana məxsusdur.