Dünyada eynicinsli nikahlara münasibət
SİYASƏT
00:27
03.12.2023
Baxılıb: 6991
Dünyada eynicinsli nikahlara münasibət

Pew Tədqiqat mərkəzi iki il ərzində 32 ölkədə eynicinsli nikahlara münasibət barədə sorğu keçirib. Sorğunun nəticələri arasında maraqlı olanları sizinlə bölüşürük. 

 

1. Eynicinsli nikahlara ən çox və ən az dəstək verən ölkə 

Tədqiqatın nəticəsinə görə eynicinsli nikaha ən çox dəstək verən ölkə İsveçdir. Belə ki, yetkin əhalinin 92%-i bu cür evliliyi dəstəkləyir. Ən aşağı dəstək isə Nigeriyadadır. Belə ki, burada yetkin əhalinin cəmi 2%-i bu cür evliliyi dəstəkləyir.

 

2. Şimali və Cənubi Amerikada eynicinsli nikahlara münasibət 

 

Kanadada yetkin əhalinin 79%-i, ABŞ və Meksikada isə 63%-i  eynicinsli nikahları dəstəkləyir. Qeyd etmək lazımdır ki, eynicinslilərin nikahı hər üç ölkədə qanunidir.

 

O da maraqlıdır ki, ABŞ-da siyasi baxışı Demokratlara yaxın olan yetkin əhalinin 82%-i eynicinsli nikahları dəstəkləyir, Respublikaçılara yaxın olanların isə cəmi 41%-i bu cür nikahları dəstəkləyir. 

 

Cənubi Amerikada isə yetkin argentinalıların 67%-i, braziliyalıların isə 52%-i  eynicinsli nikahları dəstəkləyir. Qeyd etmək lazımdır ki, eynicinslilərin nikahı bu iki ölkədə qanunidir.

 

3. Avropada eynicinsli nikahlara münasibət

Avropa eynicinsli nikahların əksərən qanuni olduğu və cəmiyyət tərəfindən də qəbul edildiyi regiondur. İsveçdə yetkin əhalinin 92%-i, Hollandiyada 89%-i, İspaniyada 87%-i, Fransada 82%-i və Almaniyada 80%-i bu cür evliliyi dəstəkləyir. Böyük Britaniyada isə yetkin əhalinin 74%-i bu cür evliliyi dəstəkləyir. 

 

Şimali Amerikadan fərqli olaraq Avropada eynicinsli nikahların hələ də qanuni olmadığı ölkələr var. Belə ki, İtaliya, Polşa, Macarıstan və Yunanıstanda eynicinslilərin evliliyi qanuni sayılmır. İtaliyada qanuni olmasa da, yetkin əhalinin 73%-i eynicinsli nikah hüquqlarını dəstəkləyir.  Macarıstan və Polşada isə vəziyyət bir qədər fərqlidir. Belə ki, Polşada bu cür evliliyə dəstək 41%, Macarıstanda isə 31% civarındadır. 

 

4.Asiya və Okeaniya ölkələrində eynicinsli nikahlara münasibət

Bu regionda eynicinsli evliliyə münasibətə ən yüksək dəstək Avstraliya və Yaponiyadadır. Avstraliyada yetkin əhalinin 75%-i, Yaponiyada isə 68%-i bunu dəstəkləyir. Avstraliyada bu cür nikahlar qanuni olsa da, Yaponiyada hələ də qanuni sayılmır. Vietnamda isə yetkin əhalinin 65%-i bu evliliyi dəstəkləyir. 

 

Hindistanda yetkin əhalinin 53%-i eynicinsli nikahların qanuni olmalı olduğunu düşünsə də, 43%-i isə buna qarşıdır. Onu da qeyd etmək lazımdır ki, Hindistanın Ali Məhkəməsi bu yaxınlarda eynicinsli nikahların qanuniləşdirilməsi ilə bağlı müraciətə baxa bilməyəcəyini demişdi.

 

Tayvanda əhalinin bu mövzuda fikri demək olar ki, iki yerə bölünüb. Yetkin əhalinin 45%-i bunu dəstəkləsə də, 43%-i bunun əleyhinədir. 12% isə bu barədə fikir bildirmək isdəmir. Tayvan Asiyada eynicinsli nikahların qanuni olduğu yeganə ölkədir. 

 

Cənubi Koreyada isə yetkin əhalinin cəmi 41%-i bu cür evliliyi dəstəkləsə də, 56%-i buna qarşıdır. İndoneziyada isə vəziyyət tamamilə fərqlidir. Belə ki, yetkin əhalinin 92%-i bu cür evliliklərin qanuniləşdirilməsinin tamamilə əleyhinədir. 

 

5.Afrika ölkələrində eynicinsli nikahlara münasibət

Afrikada eynicinsli nikahların qanuni olduğu yeganə ölkə Cənubi Afrika Respublikasıdır, bu ölkədə əhalinin 59%-i bunun əleyhinədir. Qeyd etdiyimiz kimi Nigeriyada əhalinin cəmi 2%-i bu evliliyi dəstəkləyir və bu ölkədə homoseksuallıq cinayət hesab edilir. Kenyada isə bu cür evliliyə dəstək cəmi 9%-dir. 
 
İsraildə isə əhalinin 56%-i bu evliliklərin əleyhinədir. 
 
Eynicinsli nikahlara yanaşmada demoqrafik faktorların rolu
 
Sorğu keçirilən 32 ölkənin 21-də gənclər yaşlı nəslə nisbətən eynicinsli nikahlara daha çox dəstək verir.  19 ölkədə isə qadınlar kişilərə nisbətdə daha çox bu evliliklərə dəstək verir. Həmçinin 22 ölkədə təhsil səviyyəsi yuxarı olanlar, az təhsillilərlə nisbətdə daha çox dəstək verir bu nikahlara. 10 ölkədə isə, gəliri orta gəlirdən yüksək olanlar daha çox dəstək verir. 
 
 
Siyasi baxışlara gəldikdə isə, ABŞ, İsrail, Macarıstan, Brazilya və Yunanıstanda sağ meyilli insanlar bu cür nikahları az dəstəkləyir. Əksərən, sol siyasi baxışı olanlar daha çox dəstəkləyir. 
 
 
Lakin İtaliya, Böyük Britaniya, Kanada, İspaniya, Fransa, İsveç, Niderland, Almaniya kimi ölkələrdə sağ meyilləri olanlar arasında da, eynicinsli nikahlara münasibət yaxşıdır. 
 
 
Təbii ki, dindarlığın da bu cür evliliklərə yanaşmada ciddi təsiri var. Birmənalı olaraq, daha dindar olan cəmiyyətlərdə bu cür nikahlar qəbul edilmir. Başqa sözlə cəmiyyətlərdə dindarlıq azaldıqca, eynicinsli nikahlara dəstək artır. 
 
Ümumilikdə götürsək, ötən illərdə aparılan sorğu nəticələri ilə indiki nəticələri müqayisə etsək, deyə bilərik ki, son on ildə eynicinsli nikahların leqallaşdırılmasına ictimai dəstək artıb. 
Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51