Ermənistan parlamentinin hakim partiyadan olan üzvü Gevorg Papoyan jurnalistlərlə söhbətində bildirib ki, özünü buraxmış, silahlarını Azərbaycana təhvil vermiş adamların gəlib Ermənistanda Parlament iclası keçirməyi qəbul edilməzdir. Deputat bunu, Ermənistan əleyhinə bomba adlandırıb.
Papoyan həmçinin əlavə edib ki, kapitulyasiyanı Şahramanyan yox, Serjik Sarkisyan və Robert Kocharyan imzalayıb.