Çin prezidenti Si Cinpin rəsmi səfər çərçivəsində bu gün Vyetnama gedib.
Çin və Viyetnam liderləri iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün siyasət, təhlükəsizlik, praktiki əməkdaşlıq, ictimai dəstək və dəniz məsələləri də daxil olmaqla altı əsas istiqamət üzrə müzakirələr aparacaq.
Qeyd etmək lazımdır ki, Çin və Vyetnam arasında Cənubi Çin dənizi ilə bağlı bəzi fikir ayrılıqları var.
Onu da əlavə etmək lazımdır ki, cəmi üç ay qabaq ABŞ və Viyetnam münasibətləri inkişaf etdirmək haqqında razılığa gəlib.