Finlandiya hökuməti dekabrın 14-də gecə yarısından yanvarın 14-nə kimi Rusiya Federasiyası ilə sərhəddə Vaalimaa və Niirala keçid məntəqələrini açacaq.Bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd etmək lazımdır ki, Finlandiya təhlükəsizlik səbəbilə Rusiya ilə sərhədlərini ötən ay bağlamağa qərar vermişdi. Hazırda Rusiya və Finlandiya arasında olan 8 sərhəd-keçid məntəqəsinin 6-ı bağlıdır. İki sərhəd məntəqəsi isə, sadəcə 1 ay müddətinə açıq qalacaq.