Erməni deputat - Ermənistanda hərbi xidmətə getmədiyinə görə axtarışda olan 10 min nəfər var
SİYASƏT
19:34
12.12.2023
Baxılıb: 5177
Erməni deputat - Ermənistanda hərbi xidmətə getmədiyinə görə axtarışda olan 10 min nəfər var

Ermənsitanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Sarkisyan bu gün Milli Məclisdə çıxışı zamanı hərbi xidmətlə bağlı çıxış edib.

 

Ermənistanda mövcud müddətli həqiqi hərbi xidmət haqqında əsasnaməyə əsasən, 27 yaşı tamam olmuş və müddətli həqiqi hərbi xidmətdən yayınan gənclər məhkum olunurlar, onlar cinayət məsuliyyətindən heç bir şəkildə azad oluna bilməzlər, istəsələr xidmət də edə bilməzlər, çünki onlar müddətli həqiqi hərbi xidmət üçün tələb olunan yaşı keçiblər. Yəni onların cəza almaqdan başqa yolu yoxdur. 

 

Bu məsələni həll etmək üçün, deputat təklif edir ki, 27 yaşına çatmış və hərbi xidməti başa vurmamış gənclərə cinayət məsuliyyətindən azad olmaq imkanı verilsin. Təklif edilir ki, bu vəziyyətdə olanlara müxtəlif seçimlər verilsin. Birinci seçim odur ki, istəyən iki il hərbi xidmət keçsin. İkinci seçim isə odur ki, bir il xidmət keçsin və dövlət büdcəsinə 2,5 milyon dram ödəsin. Üçüncü seçim 6 ay xidməti 5 milyon dram ödənişi, dördüncü seçim isə bir ay ərzində xidmət edib 10 milyon dram ödənişi nəzərdə tutur. Sonuncusu seçim isə onadan ibarətdir ki, 15 milyon dram ödəməklə hərbi xidmətdən yayınsın. 

 

Sarkisyan onu da əlavə edib ki, Ermənistanda hazırda hərbi xidmət keçmədiyinə görə axtarışda olan 10 min nəfər var. Onların yarısı 27 yaşı keçmiş şəxslərdir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Ata 5 aylıq körpəsini döyərək öldürüb
14:03
Azərbaycan CIFTIS sərgisində təmsil olunur
14:01
Mərakeşdə erməni təxribatının qarşısı alınıb
13:59
Minlərlə cinayətkar küçələrdədir
13:51
Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ
13:45
Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi
13:39
Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək
11:54
Dubravka Cedoviç: "Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq"
11:50
Uill Smitin Bakıda konserti baş tutub
11:48
Belarus Çinlə müdafiə sahəsində əməkdaşlığı gücləndirir
11:45
Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır
11:42
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:28
Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub
11:27
Estoniya “Rail Baltic” layihəsinin maliyyələşdirilməsinə 200 milyon avro ayıracaq
09:29
İsrail ordusu: Livandan 5 raket atılıb
09:28
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
09:27
Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib
09:24
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
09:23
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 39 şübhəli saxlanılıb
09:21
Reuters: Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması yollarını nəzərdən keçirir
00:45