Rusiyaya qarşı qoyulan sanksiyaları pozmaqda ittiham olunan şəxslər ABŞ-ın sanksiya siyahısına salınıb. ABŞ bir neçə ildir bu siyahını daimi olaraq yeniləyir. Bu dəfəki siyahıda isə, Qubanın Qırmızı Qəsəbəsində 1966-cı ildə anadan olan İliev Zarax Binsionoviç də var.
Qubada anadan olan, lakin 1990-cı illərdə Rusiyaya köçən Zarax daşınmaz əmlak sahəsində öz biznesini qurub.