MDB-nin müşahidə missiyası Azərbaycan, Belarus və Rusiyada seçkilərin müşahidəsində iştirak edəcək. Bu barədə jurnalistlərə MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.
"Gələn il Birliyimizin aparıcı ölkələrində seçkilər ilidir. Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri, fevralın 25-də Belarusda parlament seçkiləri, martın 15-dən 17-dək isə Rusiyada prezident seçkiləri keçiriləcək. MDB-nin icraiyyə komitəsi artıq bu seçkiləri müşahidə etməyə hazırlaşır”, - deyə Lebedev bildirib.