Ukrayna Avdiivka şəhərini itirib
SİYASƏT
13:03
18.02.2024
Baxılıb: 2098
Ukrayna Avdiivka şəhərini itirib

Reuters xəbər verir ki, Rusiyanın Ukraynaya hücumunun ikinci il dönümü ərəfəsində rus qüvvələrinin Ukraynanın Avdiivka şəhərini ələ keçirildiyi bildirilir. Rusiya prezidenti Vladimir Putin ukrayna qoşunlarının Avdiivkadan geri çəkilməsini böyük qələbə adlandırıb. 

Rusiyanın Avdiivkanı ələ keçirməsi Ukraynanın ötən il başlayan əks-hücum əməliyyatlarının uğursuzluğa düçar olmasından xəbər verir. 

ABŞ prezidenti Joe Biden bu həftə xəbərdarlıq etmişdi ki, Respublikaçılar Konqresin Kiyevə ABŞ-ın yeni hərbi yardım paketinə etiraz etdiyinə görə sursat çatışmazlığı yaranıb və bu səbəbdən də Avdiivka Rusiya qüvvələrinin əlinə keçə bilər, 

Ağ Ev bildirib ki, geri çəkilmə Konqresin hərəkətsizliyi nəticəsində tədarükün azaldılması ilə bağlıdır. Sursat təminatının azalması Rusiyanın aylar ərzində ilk nəzərəçarpacaq qazancı ilə nəticələnib.

Onu da qeyd etmək lazımdır ki, şəhərin ələ keçirilməsi, çox güman ki, Putinin gələn ay keçiriləcək prezident seçkilərindəki nüfuzunu daha da artıracaq. 

Digər xəbərlər