NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında Ankaranın təklifi ilə növbəti qeyri-rəsmi görüşün 2025-ci ildə Türkiyədə keçirilməsi qərarlaşdırılıb. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.
"Türkiyə 72 ildir NATO-nun mühüm üzvüdür. O, 72 ildir ki, NATO-ya töhfə verir. Silahlı qüvvələrimiz NATO missiyalarında fəal iştirak edir", - Fidan qeyd edib.
Brüssel görüşünün nəticələrinə yekun vuran Türkiyənin xarici işlər naziri bildirib ki, görüş çərçivəsində üç sessiya keçirilib: NATO Xarici İşlər Nazirlərinin danışıqları, NATO-Ukrayna Şurasının iclası və Asiya-Sakit Okean regionunda tərəfdaşlarla görüş. .