Türkiyə Tacikistanla vizasız rejimi ləğv edib
SİYASƏT
20:11
06.04.2024
Baxılıb: 1086
Türkiyə Tacikistanla vizasız rejimi ləğv edib

Crocus terror hücumundan sonra Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib. Türkiyə prezidenti Rəcəb Ərdoğanın imzaladığı müvafiq qərarla Tacikistan vətəndaşları üçün vizasız rejim ləğv edilib. Bu qərarın Moskvada baş verən terror hadisəsi ilə bağlı olduğu deyilsə də, rəsmi qərarda heç bir izah verilməyib. Hələ ki, rəsmi Düşəmbə bu qərara bir reaksiya verməsə də, Tacikistanın da Türkiyə vətəndaşları ilə bağlı analoji qərar qəbul etməyə hazırlaşdığını bildirib.

 

Qeyd edək ki, İstanbul Tacikistan vətəndaşları üçün mühüm tranzit məntəqəsi sayılır. Həftə ərzində Tacikistandan Türkiyəyə altı təyyarə uçur. Rusiya mətbuatı Türkiyə hakimiyyətinin qərarının “Crocus” konsert zalında baş verən terror aktı ilə bağlı olduğunu güman edir.

Digər xəbərlər