Əgər İrəvan Bakı ilə birbaşa danışmaq istəyirsə, lap yaxşı
SİYASƏT
16:51
02.09.2024
Baxılıb: 1546
Əgər İrəvan Bakı ilə birbaşa danışmaq istəyirsə, lap yaxşı

Lavrov: "Əgər İrəvan Bakı ilə birbaşa danışmaq istəyirsə, lap yaxşı"

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyinə şərh verib.

 

Oxu.Az TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri qarşısında çıxış edən Rusiya diplomatiyasının rəhbəri bildirib ki, Rusiya 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında bir neçə sammitdə əldə edilmiş üçtərəfli razılaşmaların da zəiflədiyindən narahatdır.

 

"Mən nəqliyyat əlaqələrinin bərpasını və bununla məşğul olan üçtərəfli komissiyanı xatırlatdım, o, indi demək olar ki, artıq toplanmır. İrəvan hesab edir ki, bunu Azərbaycanla birbaşa etmək lazımdır, amma əgər onlarda alınırsa, lap yaxşı", - deyə Lavrov bildirib.

 

Onun sözlərinə görə, dövlət sərhədinin delimitasiyası məsələsində Rusiya bu prosesdə iştirakçılara məsləhət verə bilərdi, lakin bu baş vermir.

 

"Yox, istəmirlər və eyni zamanda daim Qərbi, Amerika Birləşmiş Ştatlarını, Avropa İttifaqını, Parisi hər hansı proseslərə öz himayəsini verməyə cəlb etməyə çalışırlar. Bu onların seçimidir, amma ilk növbədə azərbaycanlı qonşularla razılaşmaq lazımdır. Başqa yol yoxdur", - deyə Rusiya XİN rəhbəri əlavə edib.

 

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla birbaşa danışıqlar müsbət nəticələr verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01